İstanbul Reklam Market MMC-nin təsisçisi Kaya Karslı 1995-ci ildən Azərbaycanda Azərsun Holdingdə marketing icraçısı vəzifəsində çalışmışdır. Daha sonra 2003-cü ildən ölkəmizdə ən güclü reklam şirkətinin təməlini qoymuşdur. Bu günə qədər şirkətin böyüməsi üçün maddi və mənəvi dəstəyini heç zaman əksik etməmişdir.
İşçi heyəti, eləcə də müştərilərlə olan səmimi münasibəti onu digərlərindən fərqləndirən xüsusiyyətlərindən biridir. Gündəmi izləmək və yeniliklərlə ayaqlaşmaq üçün daim Türkiyə və Çində keçirilən sərgilərdə iştirak edir.
İşin keyfiyyətinin yüksək olmasının əsas meyarlarından biri işçi qüvvəsinin güclü yetişdirilməsidir ki, bunun üçün Kaya bəy hər zaman personelin müxtəlif təlimlərin alınmasında, seminarlarda iştirakında öz dəstəyini göstərir.